inharta, “inward + heart” ifadəsindən yaranan, “daxildən gələn” və “ürəyin içindən doğan” bir ideyadır. Biz
bu məkanı yalnız bir coworking yeri olaraq deyil, ruhumuzu dinləyə biləcəyimiz, kitabların içində yol ala
biləcəyimiz və sakitliklə yaradıcı enerjimizi ifadə edə biləcəyimiz bir məkan olaraq yaratdıq.
Burada hər otaq bir hissi ifadə edir. Hər guşə bir niyyətlə hazırlanıb. Və hər kəs üçün bir yer var –
çalışmaq, oxumaq, yazmaq və ya sadəcə bir fincan qəhvə ilə nəfəs almaq üçün.